Ötmənin qadağan olduğu ərazidə əks yola çıxıb dəfələrlə təhlükə saçdı - VİDEO

Sumqayıt şəhərində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 1-də saat 07:31 radələrində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, 77-EO-538 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü ötmə və manevr qaydalarını pozub. Belə ki, o, əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükəli vəziyyət yaradıb.
Daha sonra sürücü görüntünü qeydə alan avtomobili sıxışdıraraq onun qarşısına keçib. Üstəlik əl hərəkəti ilə qəza şəraiti yaratdığı sürücüyə iradını bildirib.
Bununla kifayətlənməyən “Prius” sürücüsü bir qədər sonra yenidən təhlükəli ötmə manevri edib.
Videoda hadisənin baş verdiyi ərazidə ötməni qadağan edən yol nişanlarının olduğu da aydın görünür.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












