Öz kefinə maşın sürüb motosikletçini özündən çıxardı: “Belə sürürəm, sonra?” - VİDEO

Paytaxtın Binəqədi rayonu, Hüseynqulu Sarabski küçəsində qayda pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb.
Kadrlardan göründüyü kimi, 90-YX-393 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü dar yolda yol şəraitinə uyğun olmayan şəkildə olduqca aşağı sürətlə hərəkət edib. Nəticədə arxadan gələn motosikletçinin hərəkətinə maneə yaranıb və onun hərəkəti ləngiyib.
Motosikletçi yolboyu bir neçə dəfə siqnal verərək sürücüyə xəbərdarlıq etsə də, sürücü ona məhəl qoymayıb və eyni sürətlə hərəkətini davam etdirib.
Bundan sonra motosikletçi avtomobilin sol tərəfinə keçərək sürücüyə “O necə maşın sürməkdir?” deyə irad bildirib. Sürücü isə “Belə sürürəm, sonra? Adam kimi sür” ifadəsi ilə öz hərəkətinə haqq qazandırıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücü yol şəraitini, avtomobilin və yükün xüsusiyyətlərini nəzərə alaraq nəqliyyat vasitəsini müəyyən edilmiş sürət həddini aşmadan, hərəkətin təhlükəsizliyini təmin edən sürətlə idarə etməlidir. Eyni zamanda, əsassız olaraq aşağı sürətlə hərəkət etməklə digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmaq da yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












