Piyada keçidində yol vermək üstündə mübahisə: “Sən niyə dayanmısan?” - VİDEO

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sürücülər arasında mübahisə yaşanıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 28-də saat 13:25 radələrində Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb.
Görüntülərdən məlum olur ki, motosiklet sürücüsü piyada keçidinə yaxınlaşarkən sürətini azaldaraq dayanıb və keçidin üzərində gözləyən piyadaya yol vermək istəyib. Bu zaman 35 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 77-JA-680 dövlət qeydiyyat nişanlı “BMC” markalı avtobusun sürücüsü səs siqnalı verərək motosikletçidən hərəkətini davam etdirməsini tələb edib.
Bundan sonra motosiklet sürücüsü iradını bildirmək üçün avtobusa yaxınlaşıb. Avtobus sürücüsü isə “O yolu keçmir, dayanıb orada. Sən niyə dayanmısan?” deyə etiraz edib. Motosikletçi isə buna cavab olaraq “Piyada keçidini sən görmürsən?” sözlərini işlədib.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












