Piyada keçidini zəbt etdi, əngəlli şəxsi yola çıxmağa məcbur qoydu - FOTO

Paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsində dayanma-durma qaydalarını pozan sürücü görüntülənib.
Avtosfer.az-a müraciət edən oxucu bildirib ki, hadisə avqustun 6-da saat 13:45 radələrində baş verib. Fotoşəkildən görünür ki, 77-GV-060 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini piyada keçidinin üzərində saxlayıb.
İddia olunur ki, sürücünün bu hərəkəti piyada keçidindən istifadə edən vətəndaşların hərəkətinə maneə yaradıb. Şikayətçinin sözlərinə görə, xüsusilə fiziki məhdudiyyətli şəxs keçiddən istifadə edə bilmədiyi üçün yolun hərəkət hissəsinə çıxmaq məcburiyyətində qalıb ki, bu da onların təhlükəsizliyi baxımından ciddi risk yaradır.
Qeyd edək ki, qanunvericiliyə əsasən, piyada keçidlərinin üzərində və onlara yaxın məsafədə dayanma və durma qadağandır. Bu cür qayda pozuntuları piyadaların yolu təhlükəsiz şəkildə keçməsinə mane olmaqla yanaşı, yol-nəqliyyat hadisəsi riskini də artırır.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO













