Polis nizamsız manevrlər edən avtomobili saxladı; 15 yaşlı sürücü içkili çıxdı - VİDEO

Məktəbli sərxoş vəziyyətdə sükan arxasında yaxalanıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Petropavlovsk-Kamçatski şəhərində baş verib.
Məlumata görə, Qələbə prospektində hərəkətdə olan bir avtomobilin şübhəli və nizamsız manevrləri Dövlət Yol Polisi (DYP) əməkdaşlarının diqqətini çəkib. Nəqliyyat vasitəsi saxlanılarkən sükan arxasında cəmi 15 yaşı olan bir yeniyetmənin olduğu məlum olub. Hadisə yerinə dərhal məktəblinin valideynləri çağırılıb. Yeniyetmə sürücü tibbi müayinədən keçirilərkən polislər təcübləniblər. Cihazın göstəricisi 0,860 mq/l spirt dərəcəsi qeydə alıb.
Müqayisə üçün qeyd edək ki, yerli qanunvericilikdə yetkin yaşlı sürücülər üçün icazə verilən maksimum limit 0,160 mq/l-dir. Bu isə o deməkdir ki, 15 yaşlı oğlanın qanındakı spirtin miqdarı normadan 5 dəfədən çox olub.
Yeniyetmənin yaşı qanunla müəyyən edilmiş məsuliyyət həddinə çatmadığı üçün ona birbaşa inzibati protokol tətbiq edilə bilməyib.
Buna baxmayaraq, "gənc yarışçı" cəzasız qalmayıb. Toplanmış bütün sənədlər və hadisəyə dair materiallar hüquqi tədbirlər görülməsi üçün Yetkinlik Yaşına Çatmayanların İşləri Üzrə Komissiyaya təhvil verilib.
Namiq Musayev
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












