Prospektdə qayda tanımayan sürücü əks yoldan gələn avtomobili az qala vuracaqdı - VİDEO

Paytaxtın Qara Qarayev prospektində yol hərəkəti qaydalarının kobud şəkildə pozulması avtomobil kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 12-də saat 08:34 radələrində qeydə alınıb. Belə ki, “Mitsubishi” markalı avtomobilin sürücüsünün yola çıxan zaman qəfil manevr edərək əks istiqamətli hərəkət zolağına keçdiyi videoda aydın görünür. Bu məsuliyyətsiz hərəkət nəticəsində həmin an prospektlə hərəkətdə olan sürücü üçün real qəza təhlükəsi yaranıb.
Xoşbəxtlikdən, görüntünü qeydə alan sürücü peşəkar davranaraq vaxtında sağa manevr edib və toqquşmanın qarşısını ala bilib.
Qeyd edək ki, xüsusilə intensiv hərəkətin olduğu prospektlərdə əks istiqamətə çıxmaq və qəfil manevrlər etmək digər yol hərəkəti iştirakçıları üçün ciddi risk yaradır. Bu cür hallarda bir anlıq diqqətsizlik ağır yol-nəqliyyat hadisəsi ilə nəticələnə bilər. Sürücülər yolayrıcılarına yaxınlaşarkən nişan və nişanlanmalara əməl etməli, təhlükəli manevrlərdən çəkinməlidirlər.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












