Qadın sürücü motosikletin yolunu kəsib qəza şəraiti yaratdı - VİDEO

Paytaxtın Yasamal rayonunda qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 20-də saat 14:00 radələrində Məhəmməd Naxçıvani küçəsində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, 77-XM-121 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin qadın sürücüsü manevr qaydasını pozaraq sağ zolaqda hərəkət edən motosikletə qəza şəraiti yaradıb. Belə ki, sürücü motosikletin hərəkətini nəzərə almadan onun olduğu zolağa keçib. Üstəlik, manevrə başlamazdan əvvəl dönmə işığını da yandırmayıb.
Təəssüf ki, bəzi sürücülər motosiklet və mopedləri yol hərəkətinin bərabərhüquqlu iştirakçıları kimi qəbul etmir, onların hərəkət etdiyi zolağa rahatlıqla keçərək sanki bunu adi hal hesab edirlər. Halbuki zolaq dəyişərkən digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmaq və qəza şəraiti formalaşdırmaq yolverilməzdir.
Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, bir zolaqda motosikletlə avtomobilin yanaşı hərəkət etməsinə ümumi qayda olaraq icazə verilmir. Bu cür hərəkətə yalnız qanunvericiliklə nəzərdə tutulan istisnalar çərçivəsində, o cümlədən iki motosikletin yanaşı hərəkəti zamanı yol verilə bilər.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












