Qanunsuz köşk qoyub maşın yolunu kəsdilər - SAKİNLƏRDƏN ŞİKAYƏT - VİDEO

Bakının Nərimanov rayonu, Aşıq Qərib küçəsində yolun qanunsuz zəbt edilməsi sakinlərin ciddi narazılığına səbəb olub. Avtosfer.az-ın məlumatına görə, Montin adlanan ərazidə avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yolun üzərində icazəsiz şəkildə köşk quraşdırılıb.
Sakinlərin redaksiyaya ünvanladıqları şikayətdə bildirilir ki, həmin köşk nəqliyyatın hərəkətini demək olar ki, tamamilə məhdudlaşdırır. Məsələyə dair yayımlanan videodan da açıq şəkildə görünür ki, yolun ortasına yerləşdirilən bu köşk sürücülərə ciddi maneə yaradır.
Sakinlərin fikrinə görə, əgər bu köşk oradan götürülsə, sürücülər alternativ istiqamətlər üzrə rahat şəkildə hərəkət edə bilərlər. Köşkün sökülməsi ilə bağlı bir neçə sakin Nərimanov rayon İcra Hakimiyyətinə şikayət ünvanladıqlarını bildirirlər.
Fərid
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












