Qaranlıq yolda ard-arda təhlükə: Biri önünə çıxdı, digəri maşını yolda saxladı - VİDEO

Tərtər rayonu, Qaradağlı kəndində qeydə alınan təhlükəli anlar kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 16-da saat 20:54 radələrində qeydə alınıb.
Belə ki, əks istiqamətdə hərəkət edən avtomobil ötmə əməliyyatı zamanı qarşı zolağa çıxaraq qəfil 77-EG-591 dövlət qeydiyyat nişanlı “DAF” markalı yük maşınının qarşısına keçib. “DAF”ın sürücüsü səs siqnalı verərək ona xəbərdarlıq edib. Xoşbəxtlikdən avtomobilin sürücüsü vaxtında öz zolağına qayıdıb.
Lakin təhlükə bununla da bitməyib. Yük maşınının sürücüsü yolun hərəkət hissəsində dayanmış “VAZ-2104” markalı avtomobili gördükdən sonra toqquşmanın qarşısını almaq üçün əks istiqamətli yola keçməli olub.
Qeyd edək ki, ötmə manevri zamanı sürücü qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükə yaratmayacağına əmin olmalıdır. Ötmə yalnız manevrin təhlükəsiz şəkildə həyata keçirilə biləcəyi halda edilməlidir.
Nəqliyyat vasitəsi nasazlıq səbəbindən yolun hərəkət hissəsində dayanmalı olduqda isə mümkün qədər yolun kənarına çəkilməli, digər hərəkət iştirakçıları üçün təhlükə yaratmamalı və qəza dayanma nişanı ilə xəbərdarlıq edilməlidir.
Hadisənin gecə saatlarında baş verməsi və yolun işıqlandırılmaması isə təhlükəli vəziyyəti daha da artırıb. Belə yollarda həm dayanmış nəqliyyat vasitələrinin vaxtında görünməsi, həm də sürücülərin qarşıdakı maneələri əvvəlcədən müəyyən edə bilməsi üçün yolun işıqlandırılması mühüm əhəmiyyət daşıyır.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












