Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO

Paytaxtın Nəsimi rayonunda yol hərəkəti qaydalarını pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 2-də saat 17:33 radələrində Puşkin və Nizami küçələrinin kəsişməsində baş verib.
Kadrlardan göründüyü kimi, 90-ZX-099 dövlət qeydiyyat nişanlı “Lynk&Co” markalı avtomobilin sürücüsü zolaqda yerləşmə qaydasını pozub. Belə ki, yalnız düzünə hərəkətə icazə verilən zolaqda dayanan sürücü yolayrıcına daxil olduqdan sonra qəfil sola manevr edib.
Nəticədə o, sol zolaqda hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısına çıxaraq qəza şəraiti yaradıb. Təhlükə ilə üzləşən digər sürücü vaxtında dayanaraq qəzanın qarşısını alıb.
Qeyd edək ki, sürücü manevr etməzdən əvvəl hərəkət istiqamətinə uyğun zolaqda düzgün mövqe tutmalıdır.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












