Qəfil manevr edən sürücü təhlükə yaradıb azyaşlı sərnişini qorxuya saldı - VİDEO

Ələt–Astara yolunun Lənkəran rayonundan keçən hissəsində qayda pozan sürücü kameraya düşüb.
İzləyicilərdən biri Avtosfer.az-ın “Instagram” hesabına hadisə videosunu göndərərək məlumat verib.
Olay martın 24-də saat 18:34 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, EO-503326 dövlət nömrə nişanlı “Krone SDR27” yük maşını hərəkətdə olduğu zolaqdakı avtomobilləri ötmək üçün qəfil sola manevr edib. Nəticədə o, sol zolaqda hərəkət edən avtomobilin qarşısına keçərək qəza şəraiti yaradıb. Xoşbəxtlikdən təhlükəylə üzləşən sürücü ehtiyatlı davranaraq qəzanın qarşısını alıb. Şikayətçinin sözlərinə görə, hadisə zamanı avtomobildə olan azyaşlı övladı ciddi qorxu keçirmişdi.
Xatırladaq ki, yola diqqət yetirmədən qəfil manevr edən sürücü həm özünü, həm də digər yol istifadəçilərini riskə atır və bu hal inzibati məsuliyyət doğurur. Ən pis halda isə ağır qəzalara gətirib çıxarır.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












