Qəza zamanı avtomobili yerindən tərpətmək olar, yoxsa yox? – Ekspert AÇIQLADI - VİDEO

Nəqliyyat eksperti Eldəniz Cəfərov yol-nəqliyyat hadisələri zamanı sürücülərin davranışını tənzimləyən qanunvericilikdə ziddiyyətli məqamların olduğunu bildirib. Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, bu ziddiyyətlər qəza iştirakçılarının qərar verməsini çətinləşdirir və sonradan əlavə problemlərə səbəb ola bilər.
Eldəniz Cəfərov bildirib ki, "Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsinə əsasən, yol-nəqliyyat hadisəsi baş verdikdə sürücü avtomobilin yerini dəyişməməlidir. Lakin həmin maddənin növbəti hissəsində göstərilir ki, hadisə nəticəsində xəsarət alan olmayıbsa, nəqliyyat vasitələrinə ciddi ziyan dəyməyibsə və sürücülər arasında razılıq varsa, müəyyən şərtlər daxilində avtomobili yolun hərəkət hissəsindən kənara çəkmək mümkündür.
Ekspertin fikrincə, bu iki müddəa arasında ziddiyyət var və praktikada sürücülər üçün ciddi çətinlik yaradır.
Qəza anında sürücünün avtomobilə dəyən zərərin "ciddi" olub-olmadığını dəqiq qiymətləndirməsi mümkün deyil. Həmçinin ilk baxışda xəsarətsiz görünən sərnişin və ya sürücüdə sonradan sağlamlıq problemi aşkarlana bilər. Belə hallarda isə sığorta ödənişləri və hüquqi məsuliyyətlə bağlı mübahisələr yarana bilər.
Eldəniz Cəfərov hesab edir ki, bu qeyri-müəyyənliyin aradan qaldırılması üçün "Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsinə yenidən baxılmalı, bir-birinə zidd olan müddəalar sadələşdirilməli və sürücülər üçün aydın, birmənalı qaydalar müəyyən edilməlidir.
Qanunvericilikdəki bu boşluqlar aradan qaldırılarsa, həm qəza yerində qərarvermə prosesi asanlaşar, həm də sonradan yaranan hüquqi və sığorta mübahisələrinin sayı azalar.
Eltac Zülfüqaroğlu
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












