Qəzalarda dövlət əmlakına dəyən zərəri kim ödəməlidir? – EKSPERT AÇIQLADI

Son dövrlərdə ölkədə baş verən yol-nəqliyyat hadisələri nəticəsində avtomobillərin yol kənarındakı obyektlərə, yol nişanlarına, işıqfor və dayanacağa çırpılması ilə bağlı xəbərlər yayılır.
Bu məsələdə sürücüləri narahat edən məqam qəzaya səbəb olduqları zaman dövlət əmlakına dəyən zərərin kim tərəfindən, necə ödənməsi ilə bağlıdır.
Qəza zamanı əgər yol nişanları, dayanacaq və ya işıqfor kimi infrastruktur obyektlərinə ziyan dəyərsə, bu ziyanı kim qarşılayır? Bu halda, ziyanın ödənilməsi məsələsində hansı hüquqi və maliyyə məsuliyyətləri mövcuddur? Həmçinin, əgər qəzanın günahkarı şəxs konkret olaraq bu obyektlərə vurduğu ziyana görə məsuliyyət daşıyırsa, hansı hüquqi prosedurlar izlənməlidir? Həmin obyektlər dövlət və ya yerli bələdiyyələr tərəfindən idarə olunursa, bu halda məsuliyyətin ödənilməsi necə həyata keçirilir? Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer. az-a açıqlamasında bildirib ki, yol infrastrukturuna dəymiş zərərin qarşılanması məsuliyyəti hadisənin birbaşa səbəbkarına aiddir:

“Bu səbəbkar Dövlət Yol Polisi tərəfindən həyata keçirilən müvafiq araşdırmalar əsasında müəyyən edilir. Yol polisinin aparacağı təhqiqat nəticəsində hadisənin necə baş verdiyi və kimlərin məsuliyyət daşıdığı aydınlaşdırılır. Araşdırmalar zamanı hadisənin yaranma şəraiti, sürücülərin hərəkətləri və yol və yolun vəziyyəti nəzərə alınaraq, zərərin dəf edilməsi üçün cavabdeh şəxsin kim olduğu dəqiq şəkildə müəyyən edilir. Beləliklə, qəza nəticəsində dövlət əmlakına dəymiş ziyan qanunvericiliyə uyğun olaraq müvafiq şəxslər tərəfindən ödənilir".

Eltac Zülfüqaroğlu
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












