Qəzaya düşən sürücüdən etiraf - "Sükan arxasında yatmışdım" - REAL VİDEO

İyulun 28-də saat 14:44 radələrində Bakı-Qazax magistral yolunun 380-ci kilometrliyində sürücünün sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb:
İlkin araşdırmalar və sürücünün verdiyi məlumatlar əsasında müəyyən edilib ki, "Mercedes-Benz" markalı, 77-DH-906 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən H.Nəbiyev sükan arxasında yuxulaması səbəbindən idarəetməni itirərək avtomobili beton arakəsməyə çırpıb.
"Baş vermiş bu qəza nəticəsində ölüm halının olmaması tamamilə təsadüfdür. Çünki belə qəzaların böyük əksəriyyəti bir çox hallarda ölüm və ya ağır xəsarətlə nəticələnir. Unutmaq olmaz ki, yol belə səhvləri bağışlamır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, uzunmüddətli fasiləsiz hərəkət və yuxululuq halları sükan arxasında həyati təhlükə yaradır.
Unutmayın: sükan arxasında bir anlıq yuxu - geri dönüşü olmayan nəticələrə səbəb ola bilər!", - məlumatda qeyd edilib
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












