Qırıq xətt görən kimi ötməyə çıxan sürücülər ölümə gedir - VİDEO

Rayon yollarından birində qeydə alınan təhlükəli anlar avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 28-də saat 16:45 radələrində baş verib. Kadrlardan görünür ki, 40-BO-708 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü qarşısındakı nəqliyyat vasitələrini ötmək məqsədilə əks hərəkət zolağına çıxaraq hərəkətini davam etdirib. Bu zaman o, qarşıdan gələn avtomobil üçün qəza şəraiti yaradıb.
Görüntülər bir daha göstərir ki, xüsusilə rayon yollarında sürücülər ötmə əməliyyatı zamanı təhlükəsizlik qaydalarına kifayət qədər əməl etmirlər. Əksər hallarda yolun sıx olmaması bəzi sürücülərdə yanlış arxayınlıq yaradır və onlar qırıq-qırıq xəttin çəkilməsini istənilən anda ötməyə icazə kimi qiymətləndirirlər. Halbuki belə hallarda əsas məsələ yalnız yol nişanlanması deyil, qarşıdan gələn nəqliyyat vasitəsinin məsafəsi, sürəti və manevr üçün kifayət qədər təhlükəsiz intervalın olub-olmamasıdır.
Məhz bu amillər düzgün hesablanmadıqda videoda olduğu kimi təhlükəli vəziyyət yaranır. Xüsusilə qarşıdan gələn nəqliyyat vasitəsinin iri tonnajlı yük avtomobili olması qəzanın nəticələrini daha ağır və faciəvi edə bilər. Belə riskli ötmələr təkcə iki avtomobil arasında toqquşma ilə yekunlaşmır, eyni zamanda zəncirvari yol-nəqliyyat hadisələrinə də səbəb ola bilir.
Xatırlaqdaq ki, sürücü ötmə əməliyyatına başlamazdan əvvəl əks istiqamətli yolun tam təhlükəsiz olduğuna, manevri qısa müddətdə başa çatdıra biləcəyinə və qarşıdan gələn nəqliyyat vasitəsinə maneə yaratmayacağına əmin olmalıdır.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












