Qırmızı işıqda əks zolağa çıxan sürücü qarşıdan gələnlərin yolunu kəsdi - VİDEO

Paytaxtın Nizami rayonunda kobud qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 8-də saat 17:26 radələrində qeydə alınıb.
Görüntünü qeydə alan sürücü Qara Qarayev prospektindən sola – Özbəkistan küçəsi istiqamətinə dönmək istəyərkən təhlükəli vəziyyətlə üzləşib. Belə ki, işıqforun qırmızı işığında hərəkəti davam etdirməyə çalışan 99-GQ-585 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq yolayrıcına daxil olmağa cəhd edib.
Nəticədə o, qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətini kəsərək yolayrıcında sıxlıq yaradıb. Daha sonra çıxılmaz vəziyyətdə qalan sürücü yenidən öz zolağına qayıdaraq yolu açıb.
Qeyd edək ki, yolayrıclarında əks istiqamətli zolağa çıxmaq təkcə qayda pozuntusu deyil, həm də hərəkət axınının tam dayanmasına səbəb olan riskli manevrdir. Belə hallarda bir neçə saniyəlik tələskənlik bütün kəsişmədə nəqliyyatın iflic olmasına gətirib çıxara bilər.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












