Banner

Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO

Qaydalar 29 Oktyabr 2026 18:00
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Xırdalan-Binəqədi şosesində kobud qayda pozuntusuna yol verən sürücü avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 27-də saat 11:02 radələrində qeydə alınıb.

Kadrlardan görünür ki, 77-SF-681 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında dayanmadan yolayrıcına daxil olur və sağa dönür.

Qeyd edək ki, qırmızı işıqda hərəkəti davam etdirməklə sürücü yolayrıcındakı digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneə və qəza riski yarada bilər.

Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 3 bal və 100 manat məbləğində cəriməylə nəticələnir.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228323.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 224
ŞƏRH YAZ
Ad

E-mail

Şərh