Banner

Qırmızıda şütüyərək keçən sürücü təhlükə yaratdı – 77-SB-906 - VİDEO

Qaydalar 3 Noyabr 2026 13:00
Qırmızıda şütüyərək keçən sürücü təhlükə yaratdı – 77-SB-906   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonu, Xırdalan şəhərində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 30-da saat 08:10 radələrində Məhəmməd Əmin Rəsulzadə və Şıxəli Qurbanov küçələrinin kəsişməsində qeydə alınıb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın qaynar xəttinə məlumat verib. Belə ki, 77-SB-906 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında yolayrıcına daxil olub. Bu zaman o, sol tərəfdən hərəkətə başlayan nəqliyyat vasitələri üçün qəza şəraiti yaradıb.

Şikayətçinin sözlərinə görə, sürücü yüksək sürətlə hərəkət etməklə digər hərəkət iştirakçıları üçün də təhlükə yaradıb.

Qeyd edək ki, işıqforun qadağanedici siqnalında hərəkəti davam etdirmək yol hərəkəti qaydalarının pozulmasıdır.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228454.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 250
ŞƏRH YAZ
Ad

E-mail

Şərh