Banner

Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO

Qaydalar 30 Oktyabr 2026 20:11
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Yasamal rayonunda qayda pozan moped sürücüsü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, görüntüləri sürücülük təlimçisi Vaqif Rəhimov sosial şəbəkə hesabında paylaşıb.

Hadisə oktyabrın 28-də səhər saatlarında qeydə alınıb. Belə ki, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə hərəkətdə olan moped sürücüsü svetoforun qadağanedici işıq siqnalına məhəl qoymayaraq yoluna davam edib. Nəticədə o, Hüseyn Cavid prospekti istiqamətindən yolu keçən piyadalara və hərəkətdə olan skuter sürücüsünə qəza şəraiti yaradıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən, svetoforun qadağanedici siqnalı zamanı sürücülər stop-xətt qarşısında dayanmalı, hərəkətlərini yalnız icazəverici siqnal yandıqdan sonra davam etdirməlidirlər. 

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228362.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 272
ŞƏRH YAZ
Ad

E-mail

Şərh