Qoşa xətti heçə sayıb iradı cavabsız qoymayan sürücü CƏZALANDIRILDI - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a bildirilib ki, aparılan araşdırmalar nəticəsində 77-ME-685 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobilin sürücüsü Əhmədov İsmət İlqar oğlu müəyyən edilib.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib olunub və o, 100 manat məbləğində cərimələnib.
*** 11:30
Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində kobud qayda pozuntusu qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 17-də saat 11:58 radələrində baş verib.
Videodan aydın olur ki, 77-ME-685 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı yük maşınının sürücüsü qoşa xəttin üzərindən geriyə dönərək əks istiqamətli yola çıxıb.
Bu zaman görüntünü qeydə alan avtomobilin sürücü ona irad bildirib. Lakin “Ford Transit”in sürücüsü irada “Sənin nə işinə?” deyə cavab verib.
Xatırladaq ki, yolun hərəkət hissəsində qoşa xəttin tələbini pozaraq əks istiqamətli zolağa keçmək qadağandır. Belə manevrlər qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yarada bilər.
Nərmin
Diplomatik toxunulmazlıq qayda pozmağa əsas verirmi? - FOTO
Döngədə təhlükəli ötmə edib sürücüyə qorxulu anlar yaşatdı - VİDEO
Əks yola çıxan “Range Rover” sürücüsü ardınca təhlükəli manevr etdi - VİDEO
Qırmızıda şütüyərək keçən sürücü təhlükə yaratdı – 77-SB-906 - VİDEO
Sürücü çəkdiyi siqaretin kötüyünü yola atdı - 99-CS-191 - VİDEO
Bakının mərkəzində "avtoşluq" edən sürücünün görüntüləri yayıldı - VİDEO
Qaydanı pozan xanım sürücü keçidə daxil olan piyadaya yol vermədi - VİDEO
Prospektdə maşınlarını səkidə satışa çıxaran obyekt piyadalara mane olur - VİDEO
Maşın sürə-sürə prospekti zibillədi – 10-YE-955 - VİDEO
Nişana baxmayan sürücü baş yoldakı maşına təhlükə yaratdı - VİDEO
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO












