Radardan yayınmaq istəyən sürücü hər üç nömrəyə müdaxilə etdi - VİDEO

Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarına qanunsuz müdaxilə edən sürücünün hərəkətləri kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə iyunun 28-də Füzuli rayonunda qeydə alınıb. Belə ki, 19-BC-506 dövlət qeydiyyat nişanlı "KamAZ" markalı yük avtomobilinin sürücüsü həm ön, həm də arxa qeydiyyat nişanlarına müdaxilə edərək onların oxunmasını çətinləşdirib.
Görüntülərdən aydın olur ki, sürücü hər iki qeydiyyat nişanının son rəqəminin üzərindən xətt çəkərək onu fərqli rəqəm kimi göstərməyə çalışıb. Bundan əlavə, yük avtomobilinin kuzovunun arxa hissəsində yerləşən təkrarlanan qeydiyyat nişanında da əvvəlindəki "19" rəqəmlərinə müdaxilə edilərək onların oxunması mümkünsüz vəziyyətə salınıb.
Ehtimala görə, bu cür müdaxilənin məqsədi radar və kameraların qeydiyyat nişanını düzgün oxumasının qarşısını almaq və inzibati məsuliyyətdən yayınmağa cəhd etməkdir.
Qeyd edək ki, dövlət qeydiyyat nişanlarının üzərində hər hansı dəyişiklik edilməsi, onların oxunmasını çətinləşdirən vasitələrdən istifadə olunması və ya qəsdən gizlədilməsi qanunvericiliyin tələblərinə ziddir və inzibati məsuliyyət yaradır.
Fərid
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












