Rejissor Kənan M.M sosial şəbəkədə insanları qanunsuzluğa çağırıb - VİDEO

Rejissor Kənan Mahmudov sosial şəbəkədə paylaşım edərək insanları qanunsuzluğa çağırıb. Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin qanunsuz parklanmaya qarşı apardığı tədbirləri tənqid edən rejissor Kənan Mahmudov özünün qayda pozmasına da haqq qazandırıb. O həmçinin Bülbül prospektində dayanma-durmanın qadağan olunduğu yerdə avtomobilini saxlayaraq dövlət qeydiyyat nişanının qeydə alınmaması üçün yük hissəsinin qapısını açıb. Beləliklə də o qəsdən inzibati xətaya görə cərimələnməkdən yayınıb. Əslində rejissor bu əməli ilə digər bir xətanı tərtmiş olur ki, bunun isə daha böyük məbləğdə cəriməsi var. Rejissor digər vətəndaşları da bu cür davranmağa çağırıb ki, bu da insanların kütləvi şəkildə qanunsuz hərəkətlərə çağırmaqdan başqa bir şey deyil.
Xatırladaq ki, videonun çəkildiyi ərazidə bir neçə ünvandan küçədən kənar parklanma yerləri mövcuddur ki, rejissor rahat şəkildə nəqliyyat vasitəsini orda park edə bilərdi.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












