Sabunçuda bir anlıq ehtiyatsızlıq az qala qəza ilə nəticələnəcəkdi - VİDEO

Yol qəzalarının bir qismi sürücülərin ara məsafəsini düzgün seçməməsindən qaynaqlanır. Hərəkət zamanı avtomobillər arasında kifayət qədər məsafə saxlanılmadıqda qəfil əyləcləmə və ya manevr zamanı toqquşma riski xeyli artır.
Qəza şəraitinin yaranmaması üçün sürücülərə “iki saniyə qaydasına” əməl etmələri tövsiyə olunur. Bu o deməkdir ki, hər bir avtomobil qarşısındakı nəqliyyat vasitəsindən ən azı iki saniyəlik məsafədə hərəkət etməlidir.
Hava şəraiti əlverişsiz olduqda, xüsusilə yağış, duman və ya buzlu yollarda bu məsafənin üç-dörd saniyəyə qədər artırılması vacib sayılır. Belə hallarda təkərlərin yola yapışma qabiliyyəti azalır və sürücünün reaksiya müddəti uzanır.
Düzgün ara məsafəsinin saxlanılması qəfil toqquşmaların, xüsusilə də zəncirvari qəzaların qarşısını almaqda mühüm rol oynayır.
Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınmış hadisə işıqlandırdığımız məsələni aydın şəkildə göstərir. Kadrdan aydın olduğu kimi, “Hyundai” markalı maşının sürücüsü qoşa xəttin tələbini pozaraq qəfil geriyə manevr edir. Bu zaman ondan arxada hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü düzgün ara məsafəsi seçmədiyi üçün qəzadan son anda yayınır.
Unutmayaq ki, təhlükəsiz məsafə qəzanın qarşısını alan görünməz qalxandır.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












