“Sahil” metrosunun yanındakı dönərxanalar səkini obyekt ərazisi kimi istifadə edir - FOTO

Bakının mərkəzi küçələrindən birində sahibkarlar səkini özəlləşdirib.
Avtosfer.az xəbər verir ki, paytaxtın Səbail rayonunda turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində dönər satışı ilə məşğul olan obyektlərin qanunazidd əməlləri piyadaların hərəkətinə mane olur.
Belə ki, rayonun Üzeyir Hacıbəyov küçəsində yerləşən dönərxanalar vətəndaşlarda narazılıq yaradıb. Obyektlərin qanunsuz davranışının fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, sahibkarlar piyadaların küçədə hərəkətinə mane olacaq şəkildə səkidə metal çəlləklər yerləşdirib.
“Sahil” metro stansiyası yaxınlığında yerləşən iaşə müəssisələrinin səkini bu üsulla özəlləşdirməsi, obyektin tərkib hissəsi kimi işlətməsi küçədə pik saatlarında sıxlıq yaranmasına gətirib çıxarır.
Qeyd edək ki, səkiləri bu cür özəlləşdirən şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsinə əsasən, fiziki şəxslər 80 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə tərtib edilə bilər.
Fidan Məmmədova
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO














