Sədərək yolunda qayda pozan sürücü özündən çıxdı: Hələ qapını açıb… - VİDEO

Sədərək yolunda qaydaları kobud şəkildə pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-a müraciət edən izləyicinin sözlərinə görə, hadisə iyulun 29-da saat 18:35 radələrində baş verib.
Kadrlardan görünür ki, 10-TX-695 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan qəfil sola manevr edərək görüntünü qeydə alan avtomobilin sürücüsü üçün qəza şəraiti yaradıb.
Bununla da kifayətlənməyən sürücü avtomobilin qapısını açaraq digər hərəkət iştirakçısına əl-qol hərəkətləri edib, qışqıraraq etirazını bildirib. Şikayətçinin iddiasına görə, o, nalayiq ifadələr işlədib və “Hə, gəl üstümə dırmaş” deyərək aqressiv davranış nümayiş etdirib.
Daha sonra sürücü yenidən manevr etdiyi hərəkət zolağına qayıdaraq yoluna davam edib.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












