Səfirlik maşını prospektdə qırmızı işıqda keçdi – 90-D-003 – VİDEO

Paytaxtın Səbail rayonu ərazisində yol hərəkəti qaydalarının pozulması ilə bağlı növbəti hal qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, rayonun Azərbaycan prospektində səfirilik maşını qaydaları kobud şəkildə pozub. Belə ki, svetofora yaxınlaşarkən 90-D-003 nömrə nişanlı diplomatik avtomobil qırmızı işıqda hərəkətini davam etdirib. Sürücü yol hərəkətinin ümumi axınına məhəl qoymadan kəsişməni keçib.
Bu cür davranış digər hərəkət iştirakçıları üçün təhlükə yaradır və qəza riskini artırır. Xoşbəxtlikdən hadisə zamanı yol-nəqliyyat qəzası baş verməyib.
Diplomatik nömrə nişanı daşıyan avtomobillər müəyyən imtiyazlara malik olsalar da yol hərəkəti qaydalarına əməl etmək bütün sürücülər üçün məcburidir. Yalnız operativ və xüsusi təyinatlı nəqliyyat vasitələri müvafiq siqnallarla hərəkət üstünlüyünə sahib ola bilər.
Qeyd edək ki, yol hərəkəti qaydalarının kobud şəkildə pozulması inzibati məsuliyyət yaradır və bu kimi halların qarşısının alınması üçün nəzarətin gücləndirilməsi vacib hesab olunur.
Eltac Zülfüqaroğlu
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












