Sərxoş velosipedçi cərimələnə bilərmi? - DÜNYA TƏCRÜBƏSİ - FOTO

Xəbər verdiyimiz kimi Avtosfer.az saytında sərxoş velosipedçiyə hansı cəzanın verilə biləcəyi barədə xəbər yayılmışdı. Xəbərdən məlum olur ki, Azərbaycan qanunvericiliyi sərxoş velosipedçinin cəzalandırılmasını nəzərdə tutmur. Lakin dünya təcrübəsi başqadır.
Avropa ölkələrinin qanunvericiliyinə nəzər saldıqda fərqli mənzərə üzə çıxır. Belçika, Fransa və İsveçrə qanunvericiliyində sərxoş velosipedçiyə cəza nəzərdə tutulur. Hər 3 ölkədə qanda spirtin miqdarı 0,5 promili keçdikdə velosipedçi hərəkətdən kənarlaşdırılır. Belçika və Fransada 0,5-0,8 promil arası sərxoşluq üçün 135 avrodur.
Fransada qanda 0,8 promildən yuxarı spirt aşkar edilməsi cinayətdir və cəriməsi 4500 avrodan başlayır. Eyni hal üçün Belçikada cəza 1600-16 000 avro arasındadır.
İsveçrədə qanında 0,5 promil spirt aşkar edilən velosipedçi 200 frank (400 manat) cərimələnir. Bundan yuxarı hallarda isə cərimə 800 franka çıxa bilər.
Hər 3 ölkədə məhkəmə digər halları da nəzərə alaraq velosipedçinin sürücülük vəsiqəsini də bir neçə aylıq məhdudlaşdıra bilər.
Hər 3 ölkənin qanunvericiliyində ümumi hal budur ki, sərxoşluğa münasibətdə nəqliyyat vasitəsinin tipinə görə fərq qoyulmur. Eyni əmələ görə cəza həm sürücüyə, həm velosipedçiyə, həm də skuter sürənə verilə bilər. Sadəcə olaraq polis velosipedçiləri daha az yoxladığı üçün hətta avropalıların çoxu sərxoş halda velosiped sürməyin qanunsuz olduğunu bilmir.
Vüqar
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO
Xırdalanda sürücü avtobus zolağı ilə kefinə uyğun hərəkət etdi - VİDEO















