Banner

Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO

Qaydalar 11 Noyabr 2026 13:11
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Badamdar şosesində kobud qayda pozuntusu qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 11-də saat 07:39 radələrində baş verib. Belə ki, sıxlıqdan yayınmağa çalışan 99-XQ-575 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxıb. Bu zaman o, qarşıdan gələn nəqliyyat vasitəsi üçün qəza şəraiti yaradıb.

Təhlükəylə üzləşən sürücünün ehtiyatlı davranması sayəsində baş verəcək toqquşmanın qarşısı alınıb.

Xatırladaq ki, qanunvericiliyin tələblərinə əsasən, əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmək qadağandır.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228722.html

 

 

Oxunub : 252
ŞƏRH YAZ
Ad

E-mail

Şərh