Banner

Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO

Qaydalar 11 Noyabr 2026 16:00
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 7-də saat 01:35 radələrində 28 May küçəsində baş verib.

Görüntülərdən aydın olur ki, 77-XU-115 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük avtomobilinin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, sol zolaqda hərəkət edən avtomobilə məhəl qoymadan həmin zolağa keçməyə cəhd edib. Nəticədə görüntünü qeydə alan nəqliyyat vasitəsinin yolunu kəsərək qəza şəraiti yaradıb.

Xatırladaq ki, sürücülər zolaq dəyişərkən hərəkət istiqamətini dəyişməyən nəqliyyat vasitələrinə yol verməli və manevrin təhlükəsizliyinə əmin olmalıdırlar.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228731.html

 

 

Oxunub : 94
ŞƏRH YAZ
Ad

E-mail

Şərh