Sükan arxasında hansı hallarda telefondan istifadə etmək olar – QANUN NƏ DEYİR?

Sürücülərin sükan arxasında mobil telefondan istifadə etməsi yol hərəkəti təhlükəsizliyi baxımından aktual məsələlərdən biridir.
Avtosfer.az xəbər verir ki, sükan arxasında mobil telefondan istifadə sürücünün diqqətini yayındıraraq yol-nəqliyyat hadisəsi riskini artıra bilər.
Bəs sürücülər avtomobil idarə edərkən telefondan hansı hallarda istifadə edə bilərlər və səsgücləndirici və ya “Bluetooth” vasitəsilə danışmaq qanunla mümkündürmü?
Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Avtosfer.az-a açıqlamasında bildirib ki, sürücü avtomobil idarə edərkən mobil telefonu əldə tutaraq istifadə edə bilməz:
''Telefon xüsusi tutacaqda yerləşdirildikdə isə ondan istifadə etmək və danışmaq mümkündür. Bununla belə, avtomobil idarə edərkən sürücünün diqqətini yayındıran digər elektron avadanlıqlardan istifadə də təhlükəlidir.
Qanunvericilikdə yalnız mobil telefon deyil, sürücünün diqqətini yayındıra biləcək digər elektron avadanlıqların da əldə tutularaq istifadəsinə dair məhdudiyyətlərin nəzərdə tutulması məqsədəuyğun olardı. Çünki GPS cihazı, fotoaparat və digər elektron vasitələr də sürücünün diqqətini yayındıra bilər. Buna görə də avtomobil idarə edərkən bu cür avadanlıqlardan istifadə məsələsinə daha geniş yanaşılmalıdır''.
Fatimə
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












