Sükan arxasında tum çırtlayıb qabıqlarını yola atdı - 99-OF-554 - VİDEO

Novxanı-Masazır yolunda qayda pozan sürücü kameraya düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” səhifəsinə videogörüntü göndərərək məlumat verib. Hadisə avqustun 7-də saat 16:30 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, 99-OF-554 dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən tum çırtlayaraq qabıqlarını yola atır.
İzləyicinin sözlərinə görə, sürücü yol boyu tum qabıqlarını asfalta ataraq ətraf mühiti zibilləyib.
Qeyd edək ki, yollara və digər ictimai yerlərə məişət tullantılarının atılması həm ətraf mühitə ziyan vurur, həm də inzibati məsuliyyət yaradır.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsinə əsasən yollara və yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 4000 manat məbləğində cərimə edilir.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












