Sumqayıtda avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO

Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmini və sürücülər arasında intizam məsuliyyətinin artırılması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu məqsədlə Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtoxuliqanlıq edən 37 yaşlı Fərahim Abbasov saxlanılıb. Əvvəllər oğurluq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş F.Abbasov idarə etdiyi “Mersedes” markalı 50-FL-442 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin bir sıra küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edib. Nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanını çıxararaq təhlükəli manevrlər edən sürücü polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıb. Sürücü barəsində toplanılmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə F.Abbasov inzibati qaydada həbs edilib və onun sürücülük hüququ məhdudlaşdırılıb.
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












