Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO

Sumqayıt şəhərindəki bir sıra yollarda nişanların olmaması, yaxud nişanlama xətlərinin silinməsi və ya təmirdən sonra çəkilməməsi mövzusunda dəfələrlə material dərc etmişik. Bu dəfə də şəhərin mərkəzi küçəsindəki yol nişanı problemi ilə vətəndaş video çəkib.
Avtosfer.az xəbər verir ki, videonu paylaşan qadın sürücü digər avtomobil idarəçilərinin tez-tez eyni səhvə yol verdiyini bildirib. O qeyd edib ki, şəhərin Azərbaycan prospekti və Nəriman Nərimanov küçələrinin kəsişməsindəki dairə bir çoxlarını çaşdırır. Belə ki, dairənin heç bir kəsişməsində “dairə” nişanının altında, ya da üstündə “baş yol” və “yol ver” nişanları quraşdırılmadığı üçün sürücülər dairəyə girməzdən əvvəl kimə yol verəcəklərini bilmirlər.
Bu da sonda ağır qəzalarla nəticələnir. Qadın sürücü vurğulayıb ki, Nəriman Nərimanov küçəsi ilə dairəyə sağdan yaxınlaşan sürücülər düzünə hərəkət edə bilmədiyi üçün onlara dairəyə girərkən yol vermək lazım deyil. Bu halda Azərbaycan prospektindən (Nəsimi heykəli tərəf) dairəyə yaxınlaşan sürücü yalnız soldan yaxınlaşıb dairəyə girən və düzünə hərəkət edən avtomobillərə yol verməli, daha sonra dairəyə girməlidir.
Qadın sürücü aidiyyəti qurumlardan yaranmış çaşqınlığı aradan qaldırmalarını tövsiyə edib.
Səfər
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












