Banner

Sürücü çəkdiyi siqaretin kötüyünü yola atdı - 99-CS-191 - VİDEO

Qaydalar 3 Noyabr 2026 12:30
Sürücü çəkdiyi siqaretin kötüyünü yola atdı - 99-CS-191   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonunun Xırdalan şəhərində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 3-də saat 07:56 radələrində Məhəmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.

Kadrlardan göründüyü kimi, 99-CS-191 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü siqaret çəkdikdən sonra kötüyü avtomobildən yolun hərəkət hissəsinə atıb.

Xatırladaq ki, avtomobildən siqaret kötüyü və digər tullantıların atılması yolverilməzdir və qanunvericiliklə məsuliyyət yarada bilər.

Küçələrin təmiz saxlanılması hər bir hərəkət iştirakçısının məsuliyyətidir. Sürücülər tullantıları yola atmaq əvəzinə, bunun üçün nəzərdə tutulan qutulardan istifadə etməlidirlər.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228449.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 244
ŞƏRH YAZ
Ad

E-mail

Şərh