Sürücü maşını ilə iki parklanma yerini tutdu – 10-YF-727 - FOTO

Paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində parklanma qaydasını pozan sürücü görüntülənib.
Bu barədə izləyici Avtosfer.az-ın “Instagram” ünvanına məlumat göndərib.
Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 12-də saat 14:40 radələrində “Metropark” ticarət mərkəzinin parkinqində qeydə alınıb.
Fotodan göründüyü kimi, 10-YF-727 dövlət qeydiyyat nişanlı “BAW” markalı avtomobilin sürücüsü parklanma qaydasını pozub. Belə ki, o, nəqliyyat vasitəsini dayanma-durma qaydalarına uyğun olmayan formada saxlayaraq iki maşının yerini zəbt edib. Nəticədə izləyici avtomobilini park edə bilməyib.
Şikayətçinin sözlərinə görə, qayda pozan avtomobilin sürücüsü həmin vaxt hadisə yerində olmayıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, nəqliyyat vasitələrinin parklanması müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməlidir. Parklanma zamanı digər nəqliyyat vasitələrinin hərəkətinə və ya onların parklanmasına maneə yaratmaq yolverilməzdir.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO













