Sürücü piyadaya yol verərkən qəza işıqlarını yandırmalıdır? – Qanun nə deyir? - VİDEO

Son günlər sosial şəbəkələrdə və sürücülər arasında geniş müzakirə olunan suallardan biri də budur: piyadaya yol verən zaman sürücü qəza işıqlarını yandırmağa məcburdurmu?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı rəsmi mövqeyi Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev “Avto FM” radiosuna müsahibəsində açıqlayıb.
Onun sözlərinə görə, piyadaya yol verilən anda qəza işıqlarının yandırılması qanunla tələb olunmur. Yəni sürücü bu addımı atmağa məcbur deyil. Lakin Elvin Hacıyev qeyd edir ki, belə bir davranış yol hərəkəti təhlükəsizliyi baxımından müsbət hal kimi qiymətləndirilir, çünki digər sürücülərə qarşıdakı vəziyyət barədə əlavə vizual xəbərdarlıq verir və potensial qəzaların qarşısını almağa kömək edir.
Baş inspektor bildirib ki, qanunvericiliyə görə qəza işıq siqnalı yalnız müəyyən hallarda məcburidir. Bu hallara digər avtomobillərin işıq cihazlarının göz qamaşdırması, nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində nasaz vəziyyətdə qalması və ya həmin ərazidə yol-nəqliyyat hadisəsinin baş verməsi daxildir. Bu kimi situasiyalarda sürücülər qəza siqnalını mütləq qoşmalıdırlar.
Elvin Hacıyev vurğulayıb ki, hərçənd piyadaya yol verilərkən qəza işıqlarının yandırılması məcburi deyil, təhlükəsizlik baxımından bu addımı atmaq faydalıdır və digər hərəkət iştirakçılarına vəziyyəti daha aydın göstərir.
Eltac Zülfüqaroğlu
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












