Sürücü prospektdə bərkitmədən daşıdığı yüklə təhlükə yaratdı - VİDEO

Paytaxtın Nəsimi rayonunda təhlükəli vəziyyət qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, 10-NJ-841 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili heç bir təhlükəsizlik tədbiri görmədən yol hərəkətinə çıxıb. Maşının arxa hissəsinə qaydalara zidd şəkildə daşınan kubik daşlar yüklənib ki, bu da yolda həm sürücünün özünə, həm də digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradıb.
Sürücünün bu cür qayda pozuntusu oktyabrın 17-si 22:30 radələrində Ziya Bünyadov prospektindəki tuneldə müşahidə edilib.
Belə hallarda arxadan gələn avtomobillər üçün qəza riski xeyli artır. Mütəxəssislər bildirirlər ki, bu cür məsuliyyətsiz daşınma qaydaları “Yol hərəkəti haqqında” Qanunun tələblərinə ziddir və inzibati məsuliyyət yaradır.
Ekspertlər sürücülərə xəbərdarlıq edirlər ki, yüklərin daşınması zamanı təhlükəsizlik tədbirlərinin görülməsi, yəni yükün bərkidilməsi, örtülməsi və normaya uyğun daşınması təkcə qayda deyil, həm də həyatların qorunması baxımından vacib şərtdir.
Qeyd edək ki, bu kimi halların qarşısının alınması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri bir daha diqqətli olmağa çağırır və belə qayda pozuntularına qarşı ciddi nəzarətin davam etdirildiyini bildirir.
Eltac Zülfüqaroğlu
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












