Sürücü qayda pozub təhlükə yaratdı, sərnişin isə orta barmaq göstərdi - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən sürücü barəsində qanunamüvafiq tədbir görülüb.
*** 18:00
Paytaxtın Sabunçu rayonu, Böyükşor-Pirşağı şosesində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 11-də səhər saatlarında qeydə alınıb. Görüntülərdən məlum olur ki, 88-BG-505 dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobilin sürücüsü qarşısında hərəkət edən nəqliyyat vasitəsini ötmək məqsədilə sağ zolağa manevr edir. Lakin həmin zolaqda yük avtomobilinin olması və videonu qeydə alan sürücünün də hərəkətini davam etdirməsi səbəbindən bu cəhd baş tutmur.
Bundan sonra “Changan”ın sürücüsü aqressiv davranış nümayiş etdirərək əvvəlcə avtomobilin işıqlarını yandırıb-söndürməklə narazılığını ifadə edir. Bir qədər sonra isə videonu qeydə alan avtomobilin qarşısına keçərək qəfil tormoz verir və bununla da digər hərəkət iştirakçısı üçün təhlükəli vəziyyət yaradır.
Hadisə bununla yekunlaşmır. Daha sonra həmin avtomobilin ön sərnişin oturacağında əyləşən şəxs əlini pəncərədən çıxararaq videonu qeydə alan sürücüyə qarşı nalayiq jest nümayiş etdirir.
Qeyd edək ki, yol hərəkətində qəsdən aqressiv davranış nümayiş etdirmək, digər sürücülərin hərəkətinə təhlükə yaradan manevrlər etmək və qəfil əyləcləmə ilə qəza riski yaratmaq qanunvericiliyin tələblərinə ziddir. Sürücülər mübahisəli vəziyyətlərdə emosiyalara qapılmaq əvəzinə təhlükəsizliyi prioritet tutmalı və yaranmış halların hüquqi qaydada araşdırılmasına üstünlük verməlidirlər.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












