Sürücü qaydaları pozmadığını iddia etdi, görüntülərdə hər şey sübut olundu - VİDEO

Bir müddət əvvəl Avtosfer.az-a yük maşını sürücüsü tərəfindən şikayət daxil olub. Şikayətdə sürücü iddia edir ki, şirkətə məxsus avtomobillə ötən il noyabrın 3-də zavodda 39.5 ton (yüklü avtomobilin çəkisi) yük vurub çıxıb. Noyabrın 4-də isə gecə 02:00-03:00 radələrində Hacı Zeynalabdin qəsəbəsində 40.7 tonla kameraya düşərək 600 manat cərimə yazılıb.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sürücünün şikayətinə cavab olaraq bildirilib ki, aparılan araşdırmalar nəticəsində sürücü 5-ci oxu yuxarı qaldırdığına görə oxlar üzrə yükün paylanması zamanı nöqsanlar aşkar edilib. Elə buna görə də, həmin sürücü yalnız 38 ton yük apara bilər. Lakin şikayət edən sürücü 5-ci oxu yuxarı qaldırmadığını və 5 faizlik güzəştə görə əlavə çəki yükləmək icazəsi olduğunu qeyd edib. Belə olan halda nə üçün 40,7 ton çəki qeyd olunmasının səbəbini bilmək məqsədilə sualını redaksiyamıza ünvanlayıb.

Məsələni araşdırmaq üçün nəqliyyat eksperti, Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaradılan Elektron tərəzilərin vahid Monitorinq Mərkəzində olub. Sürücünün şikayəti üzərinə nəqliyyat vasitəsinin qeyd edilən gün və saatda qayda pozmadığını iddia etdiyi anın videosu ekspertə təqdim edilib və AYNA-nın Yük daşımaları departamentinin direktoru Sübhan Əbilov Elməddin Muradlıya qayda pozuntusu ilə bağlı detatllı məlumat verib. Daha sonra nəqliyyat eksperti sürücünün pozduğu qayda ilə bağlı görüntüləri şərh edərkən bildirib ki, sürücünün yük maşınının 5-ci oxunu qaldırması videoda tam aydın şəkildə görünür:

“77-CS-090 markalı nəqliyyat vasitəsinin sürücüsü beşoxlu avtomobili dördoxlu edib. Videodan da görünür ki, yük maşınının arxasında bizə görünən hissədə 2 təkər yerdədir, 1-i isə havada qalıb. Sürücü yükdaşımadan qazanclı çıxmaq üçün belə bir addım atıb, fikirləşib ki, təkərlər yeyilmir və bu halda qənaət edir. Amma nəticədə nə oldu? Qanunun tələbini pozduğu üçün 600 manat cərimə edildi. Elektron sxem vasitəsilə sürücüyə həm də sübut olunur ki, avtomobili idarə edərkən oxun biri qaldırılıb. Oxu sürücülər bir çox hallarda qaldırmağı üstün tutur. Yüksüz halda bunu etmək problem yaratmaya bilər, lakin avtomobildə ağır yük olduğu halda, bu, yola zərər vurur”.
Elməddin Muradlının şərh etdiyi həmin görüntüləri sizə təqdim edirik:
Səfər
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
Qadın sürücü motosikletin yolunu kəsib qəza şəraiti yaratdı - VİDEO
Toy kortejində qayda pozan sürücü motosikleti vurdu - VİDEO
Növbəsini gözləyən avtomobillərin qarşısına keçən sürücüdən hörmətsizlik - VİDEO
Avtomobilin qarşısını kəsən sürücü qoşa xətdən dönüb qaydaları pozdu - VİDEO
Avtobus zolağı olmayan yolda sürücüyə cərimə yazıldı - VİDEO
Ramanada sürücü əks yola çıxıb maşının üzərinə sürdü - VİDEO












