Sürücü qucağında azyaşlı ilə maşın sürdü - 99-HO-163 - VİDEO

Paytaxtın Binəqədi rayonu, "Dərnəgül" metrosunun yaxınlığında qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 24-də saat 17:25 radələrində Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzinin yaxınlığında qeydə alınıb.
Kadrlardan görünür ki, 99-HO-163 dövlət qeydiyyat nişanlı “Dodge” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini idarə edərkən qucağında azyaşlı uşaq saxlayıb. Bu səbəbdən sürücünün diqqətinin yoldan yayınması və avtomobili lazımi qaydada idarə etməkdə çətinlik çəkməsi müşahidə olunur. Bundan əlavə, sürücü təhlükəsizlik kəmərindən istifadə etməyib.
Xatırladaq ki, sürücünün idarəetmə zamanı uşağı qucağında saxlaması həm uşağın təhlükəsizliyi, həm də digər hərəkət iştirakçıları üçün ciddi risk yaradır.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












