Sürücü zolaqları kəsə-kəsə ən sağa keçib təhlükə yaratdı - VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 24-də saat 14:14 radələrində qeydə alınıb. Belə ki, hərəkət istiqamətini dəyişmək istəyən 77-RY-310 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü ən sol zolaqdan hərəkətdə olan digər nəqliyyat vasitələrinin qarşısını kəsərək birbaşa ən sağ zolağa keçib. Nəticədə görüntünü qeydə alan avtomobil üçün qəza şəraiti yaranıb.
Kadrlardan görünür ki, sürücü təhlükəli manevri etdikdən sonra dönmə işığını yandırıb.
Xatırladaq ki, qanunvericiliyə əsasən, sürücü öncədən düzgün hərəkət zolağında yerləşməlidir. Dönmə işığının vaxtında yandırılması isə heç bir halda sürücüyə avtomatik üstünlük vermir. Manevr edən sürücü hər şeydən öncə digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalı və onların təhlükəsizliyini təmin etməlidir.
Nərmin
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO












