Sürücülər bu yolda qəzaya düşür; AAYDA şikayətlərə baxmır - VİDEO

Paytaxtın Ramana qəsəbəsində asfalt qatının çökməsi sürücülər üçün ciddi təhlükə yaradır. Avtosfer.az-ın məlumatına görə, bir neçə sürücü və sakin bu məsələ ilə bağlı redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Bildirilir ki, Şuşa (Malıbəyli) yolunun müəyyən hissəsində asfalt qatının dərin çöküntüsü əmələ gəlib. Nəticədə avtomobillər həmin çalaya düşərək zədələnir və ya sürücülər zərər görməmək üçün qəfil manevr etməyə məcbur olurlar. Bu isə çox vaxt onların əks istiqamətə çıxmasına və qarşıdan gələn nəqliyyat üçün təhlükə yaratmasına səbəb olur.
Məlumatlara görə, həmin yolda sürücülərin çaladan yayınmaq üçün əks zolağa çıxması dəfələrlə qəzalara səbəb olub.
Sakinlərin sözlərinə görə, sözügedən yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansındadır. Onlar dəfələrlə quruma müraciət etsələr də, yalnız "düzəldiləcək" vədi verilib, amma problem hələ də aradan qaldırılmayıb.
Fərid
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












