Sürücülər səkini zəbt etdi – Piyadalar çətinliklə keçdi - VİDEO

Paytaxtın Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində dayanma və durma qaydalarını pozan sürücülər növbəti dəfə kameraya düşüblər.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” xəttinə video göndərərək məlumat verib. Hadisə iyulun 9-da saat 11:36 radələrində qeydə alınıb.
Belə ki, 10-RT-072 dövlət nömrə nişanlı “Mini Cooper” markalı, 99-KA-555 dövlət nömrə nişanlı “Volkswagen” markalı, 10-HX-010 dövlət nömrə nişanlı “Lynk&Co” markalı və 90-OS-082 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidə park ediblər. Kadrlardan göründüyü kimi, səkiylə hərəkət edən piyada iki avtomobilin arasından çətinliklə keçməyə məcbur qalıb.
Qeyd edək ki, sözügedən ərazidə bu cür qanunsuz parklanma halları mütəmadi olaraq müşahidə olunur. Avtosfer.az bu problemlə bağlı daha əvvəl də dəfələrlə material yayımlayıb. Buna baxmayaraq, bəzi sürücülər hələ də piyadaların hüquqlarını nəzərə almadan nəqliyyat vasitələrini səkidə saxlayırlar.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












