Sürücülər tərsinə quraşdırılmış nişana görə məsuliyyətə cəlb edilir - FOTO

Bakıda yol nişanının düzgün quraşdırılmaması sürücülərin narazılığına səbəb olub. Sürücülərdən biri məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Avtosfer.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində, 182 saylı məktəbə gedən yolda qeydə alınıb. Belə ki, ikitərəfli yolun sağ tərəfində dayanma-durmanı qadağan edən yol nişanı hərəkət istiqamətinə əks şəkildə quraşdırılıb.
Sürücülərin sözlərinə görə, nişanın arxa hissəsi onlara tərəf olduğundan qadağanedici nişanı görmək mümkün deyil. Nəticədə yolun sağ tərəfində avtomobil saxlayan sürücülər kamera vasitəsilə cərimələnirlər. Onlar tətbiq olunan cərimələrin haqsız olduğunu bildirirlər.
"Yol hərəkəti haqqında" Qanunda qeyd olunur ki, yol nişanı elə quraşdırılmalıdır ki, sürücü onu aydın görə və tələblərini vaxtında başa düşə bilsin.
Düzgün quraşdırılmayan nişana görə sürücülərin məsuliyyətə cəlb edilməsi doğru hesab edilmir.
Fərid
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












