Sürücülərin DİQQƏTİNƏ: "Dönmə işığı"ndan istifadə etməsəniz... - VİDEO

Təxminən 10 il öncə avtomobillərdə dönmə işığı icad edilib və patentləşdirilib. 1914-cü ildən isə bu işıqlar mexaniki oxlar vasitəsi ilə təhciz olundu. Üzərindən 100-dən çox vaxt keçməsinə baxmayaraq hələ də küçələrimizdə bu işıqlardan istifadə etməyən sürücülərə rast gəlirik. Avtosfer.az bildirir ki, məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə Doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.
Bəlkə də, elə sürücülər də var ki, avtomobildə belə bir funksiyanın olmasından xəbərsizdir. "Vəsiqə var, maşın da, həmçinin, çıxdın yola, sür" kimi düşüncəyə sahib sükan döndərənlər də kifayət qədərdir. Dönmə işığından istifadə ilə manevr etmək hərəkətin təhlükəsizliyi üçün vacib olan amillərdən hesab edilir.
Elməddin Muradlı - ekspert: "Bu əlifbadır. Əgər biz əlifbaya bu cür yanaşırıqsa, deməli, digər qaydalarda da bizim üzləşdiyimiz problemlər də çoxdur. Qaydalar belədir ki, biz hətta zolağı dəyişəndə də, sağa-sola dönəndə də, hərəkətə başlayanda da, dayananda da, mütləq bu siqanallardan istifadə etməliyik".
Amma bəzən elə vəziyyət yaranır ki, hərəkət də iflic olur. Qəzadan da yayınmaq müşkülə çevrilir. Problem təkcə iri şəhərlərdə deyil. Rayonlarda və magistral yolların keçdiyi yaşayış sahələrində bu elementar siqnaldan istifadə etməmək ağır qəzalara səbəb olur.
Elməddin Muradlı: "Dönmə yerinə çatanda bu adam hərəkət edir. Adam sağa dönməlidi, amma soldan 3-cü zolaqdan manevr edir. Bu, artıq intihar etməkdir".
Qeyd edək ki, dönmə işığından istifadə etməməyə görə 40 manat, əks istiqamətli hərəkət zolağına çıxma zamanı ötmədən əvvəl edilmədikdə 60 manat və 3 cərimə balı nəzərdə tutulur.
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO












