Banner

Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO

Qaydalar 26 Oktyabr 2026 13:00
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Əhməd Cavad küçəsində dayanma və durma qaydalarını pozan sürücülər kameraya düşüblər.

Avtosfer.az-ın məlumatına görə, bu barədə izləyicilərdən biri redaksiyanın “WhatsApp” ünvanına videomaterial göndərərək məlumat verib.

Kadrlardan görünür ki, 77-TM-681 dövlət nömrə nişanlı “Land Rover”, 10-GM-777 nömrəli “Infiniti”, 77-RP-613 nömrəli “Togg” və “Changan” markalı avtomobillərin sürücüləri taksi duracağı üçün nəzərdə tutulan ərazidə park ediblər. Nəticədə taksi fəaliyyəti ilə məşğul olan sürücü əraziyə yaxınlaşarkən avtomobilini saxlamaq üçün yer tapa bilməyib.

Vətəndaşın sözlərinə əsasən, paytaxtın müxtəlif ərazilərində də analoji hallara rast gəlinir. O, taksi duracaqlarının təyinatına uyğun istifadəsinin təmin edilməsi və bu cür halların qarşısının alınması üçün aidiyyəti qurumların tədbir görməsini istəyib.

Qeyd edək ki, taksi duracaqları müvafiq nəqliyyat vasitələrinin dayanması üçün nəzərdə tutulub. Bu ərazilərin digər avtomobillər tərəfindən zəbt edilməsi taksi sürücülərinin fəaliyyətinə mane olmaqla yanaşı, sərnişinlərin də rahatlığını məhdudlaşdırır.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228199.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 248
ŞƏRH YAZ
Ad

E-mail

Şərh