Taksi sürücüsünə 16 bıçaq zərbəsi vurdular - 34 manata görə - FOTOLAR

Kürdəmirdə taksi sürücüsünə 16 bıçaq zərbəsi vuraraq quldurluq edən dəstə üzvləri saxlanılıblar. Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, Qaradağ rayon sakini Yaşar Səmədovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin kimi əyləşən 3 nəfər şəxs rayonun Sığırlı kəndi ərazisində ona hücum edərək sürücüyə 16 bıçaq xəsarəti yetiriblər. Sürücü ona hücum edən şəxslərdən canını qurtarmaq üçün idarə etdiyi avtomobili yol kənarında quraşdırılan beton arakəsmələrə vurub.
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən quldurluq hadisəsini törətməkdə təqsirli bilinən Ucar rayon sakinləri Nurlan Cıqqarov, Röyal İbrahimov və Pünhan Quliyev saxlanılıblar.
İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər hadisə günü əvvəlcədən qurduqları plana əsasən Bakı-Qazax avtomobil yoluna çıxıblar. Onların məqsədi isə avtomobil saxlatdıraraq sərnişin kimi əyləşib yolda üzərlərində olan kəsici alətlərlə sürücüyə hücum edib pulunu əldə etmək olub. Hadisə zamanı dəstə üzvləri izi itirmək məqsədilə sürücüyə yaşadıqları rayonun ərazisində yox, kənarda hücum edərək quldurluq cinayəti törədiblər.
Qeyd edək ki, saxlanılan şəxslər quldurluq yolu ilə zərərçəkənin 34 manat pulunu ələ keçiriblər. Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Emin
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO

















