Taksi xidmətində qiymətlər niyə bahalaşır? - Ekspert

Son vaxtlar paytaxtda fəaliyyət göstərən taksi şirkətlərində qiymət artımı müşahidə olunur. Ölkədə yanacağın qiymətində bahalaşma olmadığı halda taksi qiymətlərinin qalxması birmənalı qarşılanmayıb. Məsələylə bağlı Axar.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, taksi qiymətlərinin artmasına səbəb onlara tələbatın çoxalması ilə bağlıdır. “Ölkədə nə dollar, nə də avtomobil ehtiyat hissələri bahalaşıb, gömrük rüsumlarında da hər hansı dəyişikliklər yoxdur. Lakin buna baxmayaraq, taksi şirkətlərində ciddi qiymət artımı son vaxtlar müşahidə olunan haldır. Bunun səbəbi ölkəyə yenidən turist axının başlaması və bunun fonunda müştəri bolluğu yaranmasıdır. Əvvəllər qiymətləri hədsiz dərəcədə endirərək, digər kiçik şirkətləri sıxışdırıb bazardan çıxaran bu taksi şirkətləri indi istədikləri qiymətləri tətbiq edirlər. Bu baxımdan düşünürəm ki, taksi şirkətləri arasında rəqabət qaydaları kobud şəkildə pozulur”.
Ekspert onu da qeyd edib ki, bu sahədə ciddi nəzarət mexanizmi tətbiq edilməlidir: “Taksi şirkətlərində sürücülər də istismar olunur. Bu gün fəaliyyət göstərən taksi şirkətləri sürücüləri rəsmi qaydada işə götürmür və onları avtomobillə təmin etmirlər. Onlar öz şirkətlərinə abunə olan sürücülər hesabına pul qazanırlar. Qiyməti sürücülər yox, şirkətlər qaldırıb. Bu artım heç bir səbəb olmadan baş verib. Bu sahədə nəzarət mexanizmi olmadığı üçün şirkətlər istədikləri qiyməti diktə edirlər”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












