Təhlükəli manevr edən sürücü motosikletçiyə qəza şəraiti yaratdı, ardınca… - VİDEO

Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində qayda pozan sürücü təhlükəli vəziyyət yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 4-də saat 14:08 radələrində qeydə alınıb. Görüntülərdən məlum olur ki, 20-FG-305 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü əks istiqamətli yolda hərəkət edən motosikletə üstünlük vermədən geriyə manevr edib. Nəticədə moto sürücüsü üçün qəza şəraiti yaranıb.
Xoşbəxtlikdən motosikletçi vəziyyəti vaxtında qiymətləndirərək nəqliyyat vasitəsini dayandırıb və avtomobillə toqquşmanın qarşısını ala bilib. Bundan sonra o, avtomobilin sürücüsünə yaxınlaşaraq “Elədiyin iş idi?” deyə iradını bildirib. Sürücü isə əl hərəkəti ilə etirazı ciddiyə almadığını nümayiş etdirərək hadisə yerindən uzaqlaşıb.
Qeyd edək ki, geriyə hərəkət manevri yalnız digər hərəkət iştirakçılarına maneə və ya təhlükə yaratmadığı hallarda icra edilə bilər. Bu tələbin pozulması, xüsusilə də hərəkətdə olan nəqliyyat vasitəsinin yolunu kəsməklə qəza şəraiti yaradılması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk hesab olunur.
Nərmin
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO












