Təhlükəli ötmə edən “Land Rover” sürücüsü az qala ağır qəza törədəcəkdi - REAL VİDEO

Quba rayonu ərazisində kobud qayda pozan sürücü təhlükəli anlar yaşadıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 7-də saat 09:45 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, “Land Rover” markalı avtomobilin sürücüsü önündəki “KamAZ” markalı yük maşınını ötmək üçün əks istiqamətli yola çıxıb. Bu zaman o, qarşı tərəfdən gələn avtomobilə qəza riski yaradıb. Xoşbəxtlikdən sürücü vaxtında sağa manevr edərək baş verəcək ağır qəzadan son anda xilas olub.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 51-ci maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq. Əks halda qəzanın baş vermə ehtimalı yüksəkdir.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












